SƏFƏR BAŞA ÇATDI
Bakı, 9 may (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri mayın 9-da başa çatmışdır.
Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın dövlət və hökumət nümayəndələri yola saldılar.
X X X
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır.
Heydər Əliyev adına Beynəlxalq hava limanında dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.