Səfər başa çatdı
Bakı, 23 dekabr (AZƏRTAC). İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri dekabrın 23-də başa çatmışdır.
İstanbulun Atatürk Beynəlxalq hava limanında dövlətimizin başçısını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla yola saldılar.
X X X
Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtdı.
Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.
######
