Səfər başa çatdı
Belqrad, 9 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri başa çatmışdır.
Belqradın “Nikola Tesla” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Serbiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.
######
