Səfər başa çatdı
Bakı, 9 avqust (AZƏRTAC). Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.
Azərbaycan dövlətinin başçısını Soçinin Beynəlxalq Aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola saldılar.
X X X
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtmışdır.
Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.