SƏFƏR BAŞA ÇATDI
Aprelin 28-də Azərbaycan Prezidenti Heydər Əliyevin İstanbula işgüzar səfəri başa çatdı. Atatürk adına hava limanında dövlətimizin başçısını Türkiyə Respublikasının yüksək vəzifəli dövlət xadimləri və Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev yola saldılar.
X X X
Azərbaycan Prezidentin Heydər Əliyev gecədən xeyli keçmiş Vətənə qayıtdı.
Binə hava limanında respublikamızın Prezidenti Heydər Əliyevi Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin və Baş nazirin müavinləri, dövlət müşavirləri, nazirlər, Türkiyənin Azərbaycandakı səfiri Osman Faruq Lağoğlu, digər rəsmi şəxslər qarşıladılar.
Aslan Aslanov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul-Bakı