SƏFƏR BAŞA ÇATDI
Yanvarın 8-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatmışdır.
Cənab Ərdoğan yola düşməzdən əvvəl Binə hava limanında Azərbaycan televiziyasına müsahibə vermişdir.
SUAL: Azərbaycandan hansı təəssüratlarla gedirsiniz?
CAVAB: Buradan bir başqa həyəcanla dönürəm. Qardaşlarımızda bir başqa inam, sevda var. Türkiyəyə qayıtdıqdan sonra nazirlər arasında, iş adamları arasındakı münasibətlər daha da artacaq və biz də buna kömək edəcəyik. İstərdim ki, Türkiyənin iş adamları Azərbaycanda daha çox faydalı iş yapsınlar. Xüsusilə də Bakı-Tbilisi-Ceyhandan sonra Bakı-Tbilisi-Ərzurum layihəsi sürətlə həyata keçsin və Türkiyə bu layihələrdə Avropaya gedən körpü rolunu oynamaqla bərabər, eyni zamanda mavi yanacağa olan ehtiyacını ödəyə bilsin.
Bu səfərin səmərəli olacağına inanıram. Azərbaycan xalqı ilə görüşümüzdən həqiqətən şad olduğumuzu söyləmək istəyirəm.
X X X
Rəcəb Tayyib Ərdoğan və Türkiyə nümayəndə heyətinin üzvləri Türkmənistana yola düşdülər.
Hörmətli qonağı baş nazirin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.
Foto Yaşar Xəlilovun, Namiq Məmmədovun,
İlqar Cəfərovun və Mirnaib Həsənovundur