SƏFƏR BAŞA ÇATDI
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna paytaxtına işgüzar səfəri başa çatdı. Respublikamızın rəhbəri Azərbaycanın, Ukraynanın, habelə MDB-nin üzvü olan digər ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Borispol beynəlxalq hava limanına gəldi.
Milli geyimli azərbaycanlı qızlar dövlətimizin başçısına gül dəstəsi təqdim etdilər.
Azərbaycan Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında Ukrayna Prezidenti Aparatının rəhbəri Viktor Medvedçuk, Xarici İşlər Nazirliyinin dövlət katibi Yuri Sergeyev, Kiyev şəhərinin meri Aleksandr Omelçenko, Azərbaycanın Ukrayna, Moldova, və Belorusdakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev və digər rəsmi şəxslər səmimiyyətlə yola saldılar.
X X X
Azərbaycan Prezidenti həmin gün axşam Bakıya gəldi. Dövlətimizin başçısı Heydər Əliyev Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibə verdi.\Müsahibənin mətni qəzetin 30 yanvar nömrəsində dərc olunmuşdur\.
Azərbaycan Prezidenti Heydər Əliyevi hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Ukraynanın ölkəmizdəki səfiri Boris Aleksenko və digər rəsmi şəxslər qarşıladılar.
Əsgər İbrahimov,
Yaşar Xəlilov /foto/
AZƏRTAC-ın xüsusi müxbirləri,
Rafiq Bağırov /foto/
Kiyev-Bakı