Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Səfəvilər dövlətinə qarşı qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ifşa olunmasına həsr edilmiş qiymətli monoqrafiya YENİLƏNİB

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dekabrın 11-də muzey kollektivi və respublika elmi ictimaiyyətinin aparıcı təmsilçilərinin iştirakı ilə keçirilən elmi sessiya akademik Ramiz Mehdiyevin bu günlərdə işıq üzü görmüş “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dörddəbiri” monoqrafiyasının geniş müzakirəsinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin direktoru, akademik Rafael Hüseynov əvvəlcə akademik Ramiz Mehdiyevin son illərdə Şah İsmayıl Xətai və Səfəvilər dövləti ilə əlaqədar apardığı araşdırmalar və bunun elmi həyatımızdakı mühüm əhəmiyyətindən bəhs edərək deyib: “Azərbaycan tarix elmi və mədəniyyətşünaslığında Şah İsmayıl Xətainin şəxsiyyəti və fəaliyyəti, onun qurucusu olduğu Səfəvilər dövlətinin keçdiyi yol barədə çoxlu məqalələr, kitablar yazılıb, dissertasiyalar müdafiə edilib, yeni tədqiqatlar da aparılmaqdadır. Lakin akademik Ramiz Mehdiyevin son bir neçə il ərzində yazıb nəşr etdirdiyi “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”, “Şah İsmayıl Səfəvi: Hökmdarın və döyüşçünün portreti”, “Şah İsmayıl Səfəvi: Tarixi, diplomatik sənədlər toplusu” əsərləri həm Xətaişünaslıqda, həm Səfəvi dövlətinin tarixini daha dərindən öyrənmək istiqamətində yeni bir mərhələnin başlanmasına təkan verib. Akademik Ramiz Mehdiyevin araşdırmalarını səciyyələndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, bu əsərlərin hamısında sətirlərin ardında yalnız mötəbər bir alim görünmür. Şəxsiyyətində həm görkəmli dövlət xadimini, həm də yüksək təcrübəyə və əhatəli biliklərə malik mükəmməl alim məziyyətlərini birləşdirən akademik Ramiz Mehdiyev seçdiyi istənilən problemə də elə bu görüm bucağından yanaşır. İctimaiyyətə təqdim etdiyi əsərlərin hər birində o, həm alim, həm ictimai xadim, həm dövlət adamıdır. Qələmə aldığı əsərlərin hər birində o, keçmişi, tarixin dünənində baş vermiş hadisələri araşdırsa da, həmin tədqiqatların nəticələrinin bu gün üçün hansı istiqamətlərdə gərəkli və əhəmiyyətli olacağını da unutmur, bəlkə də bunun daha da vacib olmasını vurğulayır. Yenicə elmi dövriyyəyə daxil olan “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” əsəri bu baxımdan akademikin illərdən bəri apardığı sistemli fəaliyyətin uğurlu davamı, alimin Səfəvilər dövlətinin tarixi və dövlətimizin müasir təhlükəsizliyi mövzusunu araşdırmaq sahəsində ciddi nailiyyəti hesab edilməlidir”.

“Şərq-Qərb” nəşriyyatında buraxılmış, 10 çap vərəqi həcmində olan, müxtəlif xarici dillərdəki bir çox məxəzlər və tarixi araşdırmalara istinadlarla yazılmış, problemin qoyuluşu və həlli nöqteyi-nəzərindən tam yeni və orijinal olan bu monoqrafiya ilə bağlı ümumi məlumatları sessiya iştirakçılarının diqqətinə çatdırdıqdan sonra akademik Rafael Hüseynov əsərlə bağlı mülahizələrini əks etdirən “Səfəvilər dövlətinin açılmamış səhifələri və erməniçiliyin köhnə fitnəkarlıqları” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin bütün məsələlərinə və mərhələlərinə keyfiyyətcə yeni yanaşma tələb olunmasını bu əsəri ilə bir daha sübut edir. “Yaddaşsız, tarixin dərk olunmasına əsaslanmayan toplum həm bu günündən, həm də gələcəyindən məhrumdur” yazan akademik R.Mehdiyev yeni monoqrafiyası ilə tarixi hafizənin elə qatlarını açır ki, bu barədə elmimiz indiyədək səthi məlumata malik olub. Akademikin tarix elmimizdə hələ də mövcud arzuolunmaz hallara tənqidi münasibəti, ictimaiyyətə ünvanladığı proqram səciyyəli baxışlardan ibarət bu yeni monoqrafiyası Azərbaycan alimlərini səfərbər olmağa, xalqımızın ümdə tələblərinə cavab verən tarix əsərləri yazmağa və nəşr etdirməyə səsləyir.

Elmi sessiyadakı müzakirələrdə bir sıra tanınmış elm adamları və mütəxəssislər düşüncələrini bölüşüblər.

Tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyev əvvəlcə müstəqillik illərində Azərbaycan Respublikasında tarix elminin inkişafında akademik Ramiz Mehdiyevin rolunu ayrıca qeyd edib. Bildirilib ki, bu əsər Vətən tarix elmində fenomenal hadisə kimi dəyərləndirilə bilər. Ramiz Mehdiyev aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən tarixçidir desək, yanılmarıq. Onun bu əsəri Azərbaycan tarix elmində qriqorian kilsəsinin XVII əsr-XVIII əsrin birinci rübündə Səfəvi dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin ilk dəfə ətraflı araşdırılması və işıqlandırılması faktı kimi olduqca əhəmiyyətlidir. Dörd fəsildən ibarət monoqrafiyada guya “Səfəvi şahlarının ermənilər qarşısında daim qorxu, xof duyğusu keçirmələri” haqqında erməni uydurmalarına əsaslı tənqidi münasibət bildirilir, “köhnə peşəsinə” - casusluğa sadiq qalan ermənilərin Səfəvi İmperiyası ərazisində Qərb dövlətlərinin xeyrinə casusluq fəaliyyəti araşdırılır, Səfəvi hökmdarlarının Vatikan emissarlarına və onların erməni yardımçılarına qarşı mübarizəsindən bəhs olunur, Səfəvi dövlətinin tənəzzülü və Moskva dövlətinin (Rusiyanın) yüksəlişi dövründə qriqorian kilsəsinin İslam türk dünyasına qarşı avantürist və dağıdıcı fəaliyyəti tədqiq edilir, ermənilərin yeni xəyanətlər yoluna üz tutduqları göstərilir.

Akademik bizə onu da xatırladır ki, erməni etnosunun xəyanətkarlığa, avantürizmə meyilli olması ermənilərin əsrlər boyu səpələnmiş halda məskunlaşmağa meyillənmələri onların etnogenezi ilə bağlıdır, ermənilərin xarakterinin mühüm cəhətidir, tarixi faktlar isə bizdən daim ayıq-sayıq olmağı, ermənilərlə ünsiyyət zamanı onların xəyanətkar olduğunu bir an belə yaddan çıxarmamağı tələb edir.

Akademik Ramiz Mehdiyev düzgün olaraq irad tutur ki, elmi ictimaiyyət nümayəndələri, şərqşünaslar, tarixçilər Heydər Əliyev Fondunun fəal yardımı ilə Vatikan arxivindən Azərbaycan Respublikasına gətirilmiş qriqorian kilsəsinin casusluq fəaliyyətini və avantürist əməllərini əks etdirən zəngin tarix materiallarını indiyədək, qismən də olsa, işləyib hazırlaya və cəmiyyətə təqdim edə bilməyib.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, professor Şəfəq Əlibəyli çıxışında daha çox monoqrafiyada əksini tapmış vacib bir mövzu üzərində dayanıb. Qeyd edib ki, ermənilər Vatikan və bir sıra Qərb dövlətlərindən ötrü Səfəvilər dövləti əleyhinə kəşfiyyat məlumatları toplamaq, casusluq fəaliyyətlərini həyata keçirmək istiqamətində əsas qüvvə olublar. Məruzəçi, akademik R.Mehdiyevin qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasətinin köklərinin uzaq keçmişə gedib çıxdığı və bunun Azərbaycanla Türkiyə torpaqlarında “böyük Ermənistan” yaratmaq arzusu ilə bağlı olduğu qənaətinə şərik çıxdığını söyləyib. Xatırladıb ki, Romadan daimi maliyyə yardımı almaq erməni dini qurumunun da əsas məqsədinə çevrilmişdi. Vatikan üçün aydın idi ki, Eçmiədzin başda olmaqla, ermənilər istənilən səviyyədə casusluq fəaliyyəti göstərməyə hazırdır. Monoqrafiyada danılmaz sübutlar və dəlillər əsasında Səfəvilər dönəmində katolikliyi qəbul edən bəzi erməni din xadimlərinin ikiüzlü olması, maddi maraq xətrinə katolikliyi yalandan qəbul edib, qriqorianlığa xidmət göstərmələri ifşa edilir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli Ramiz Mehdiyevin yeni kitabının məziyyətlərindən söz açarkən ilk növbədə belə bir cəhət üzərində dayandı ki, əsər boyu erməni tarixçilərinin həqiqətləri tərsinə çevirən, ağa qara deyən, yalanlar və uydurmalardan ibarət mülahizələri təhlil edilir, saxtakarlıqların anatomiyası açıqlanır: “Hörmətli akademik Ramiz Mehdiyev erməni tarixçilərinin qələmə aldıqlarının heç bir elmi, dini əsası olmadığını və tarixi həqiqətlərə söykənmədiyini xüsusi vurğulayaraq yazır ki, “hansı erməni dövlətinin qaytarılmasından və onun uğrunda mübarizə aparmaqdan söhbət gedə bilər ki, 1441-ci ildə erməni kilsəsi öz taxt-tacını Qafqaza köçürmək üçün məhz Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şahdan (1436-1467) icazə almaq məcburiyyətində idi. Hətta erməni orta əsr salnaməçisi Arakel Davrijetsinin yazılarından anlaşılır ki, erməni ruhanilərinin başçısı patriarx Zəkəriyyənin Cahan şahla görüşü zamanı hökmdar lütfkarlıq göstərərək qriqorian kilsəsinə İrəvan yaxınlığında yerləşən Eçmiədzində torpaq sahəsi ayırıb”.

Məruzəçi müasir erməni tarixçilərinin bir çox yazılarını elə erməni mənbələri vasitəsilə ifşa etməsini akademik R.Mehdiyevin bu əsərindəki ən cəlbedici və elmi baxımdan faydalı əlamət kimi dəyərləndirib.

Tarix elmləri doktoru, professor Kamil İbrahimov akademik R.Mehdiyevin bu kitabını Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin yerli-yataqlı faş edilməsi yolunda ilk sanballı cəhd adlandırıb. Qeyd edib ki, müəllif özünün yeni kitabı ilə azərbaycanlı tarixçi alimlərə ölkəmizin uzaq və yaxın keçmişinin tədqiqinə necə yanaşmaq lazım olması nümunəsi göstərir. Müəllif tarixi faktlara əsaslanaraq yazır ki, ermənilərin mənfur xisləti, erməni şovinizmi, ekstremizmi və hərbi təcavüzü təkcə Səfəvilər dövlətində deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər davam edib, Azərbaycan ərazisində bu gün də davam edir.

Ermənilərin tarixini araşdırarkən əldə olunmuş faktlar sübut edir ki, satqınlıq, casusluq, bədrəftarlıq, oğurluq, başqa millətdən olan insanları qəbul etməmək erməni xislətində konkret məqsədlərə nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçiləri (Arakel Davrijetsi, Zəkəriyyə Kenakertsi), habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Bu əsərlərdə göstərilir ki, Səfəvi dövlətinin hökmdarları erməni əhaliyə tolerant münasibət bəsləyib, dini etiqad və əmlak münasibətləri məsələlərində onlara tam sərbəstlik verib, onların ticarətlə məşğul olmasına maneçilik törətməyib, uzun müddət Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq inhisarçı tədarükçüləri olmasına imkan veriblər. Akademik R.Mehdiyev yazır: “Bunun müqabilində onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında ödəmək, qanunlara riayət etmək və hakimiyyətin iradəsinə tabe olmaq tələb edilirdi”. Bu isə artıq başqa məsələdir ki, ermənilər bu cür xeyirxah münasibətin müqabilində adətləri üzrə qədirbilməzlik göstərirdilər.

Məruzəçi, akademik R.Mehdiyevin təqdim olunan kitabındakı fikir və problemlər dairəsinin əslində zahirən göründüyündən geniş olmasına diqqət yönəldərək bildirib: “Sırf elmi materialın şərh edilməsi ilə kifayətlənməyən alim respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, göstərir ki, bu elmlər təhlil, obyektiv tənqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Bu mövzu üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması alimin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, tarixi-fəlsəfi faktlarla zəngin olan bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq”.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri, professor Kamil Allahyarov ermənilərin nə qədər riyakar və saxtakar olmalarını ən azı son 30 il ərzində xalqımıza qarşı törədilən olmazın cinayətlərdən yaxşı bildiyimizi, cinayətkar olduqları halda, özlərini dünyaya əzilən, təcavüzə məruz qalan xalq kimi göstərmələrindən, hər şeyi dünyaya təhrif olunmuş şəkildə təqdim etmələrindən xəbərdar olduğumuzu söyləyib. Natiq əlavə edib ki, akademik Ramiz Mehdiyevin kitabının ilk ibrəti bundan ibarətdir ki, bizə bu erməni xislətinin tarixi köklərini nümayiş etdirir, əslində, bu mərəzin daim onların mahiyyətində yaşadığını aşkarlayır. Ancaq dünya xalqlarının əksəriyyəti həqiqətlərdən xəbərsiz olduqlarına görə ermənilərin uydurduqları yalanlara inanırlar. Belə yalanları yaymaq işində isə ermənilər çox ustalaşıblar. Həm də onların çoxsaylı və güclü diasporları var. Hələ XV əsrdən başlayaraq ermənilər ticarət vasitəsilə Rusiyaya, Avropaya, Hindistana, hətta Çinə qədər yayılıblar. Ona görə də hələlik biz özümüz bu sahədə çox çalışmalı, bu barədə çoxlu kitab və məqalələr yazıb, xarici dillərdə çap etdirməliyik. Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dörddəbiri” adlı kitabı da bu məqsədə xidmət edir.

Elmi sessiyanı yekunlaşdıran akademik Rafael Hüseynov görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr - XVIII əsrin ilk dörddəbiri” kitabını zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış və tarixşünaslığımıza və geniş ölçüdə Azərbaycanşünaslığa bir töhfə olan əsər kimi dəyərləndirib. O, akademik R.Mehdiyevlə bu nöqtədə tam şərik olduğunu bildirib ki, bu qəbil mürəkkəb, çoxşaxəli və çətin problemlərin araşdırılması üçün Şərq dillərini, Qərbi Avropa dillərini, habelə erməni dilini mükəmməl bilən mənbəşünasların yetişdirilməsinə və onların elmi potensialından layiqincə istifadə olunmasına ciddi ehtiyac var.

Bu monoqrafiyanın keçmişimizin unudulmuş, az tədqiq edilmiş, qaranlıq səhifələrində nə qədər vacib həqiqətlərin gizləndiyini əyani olaraq ortaya qoyduğunu söyləyən akademik Rafael Hüseynov kitabın tezliklə həm Azərbaycan dilində, həm də xarici dillərdə nəşr edilməsinin zəruri olduğunu söyləyib.

Belə bir inam ifadə edilib ki, akademik Ramiz Mehdiyevin bu əsəri milli tarixçiliyimizdə və cəmiyyətşünaslıqda büsbütün yeni baxışları əks etdirən orijinal bir araşdırma olaraq yeni tədqiqatlar silsiləsinin meydana çıxmasına da etibarlı zəmin yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə