İQTİSADİYYAT
Səfir Dimitrios Tsounqas: “TAP layihəsi cədvəl üzrə həyata keçirilir və 2020-ci ildə başa çatacaq”
Bakı, 24 noyabr, AZƏRTAC
Nəhəng “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi cədvəl üzrə həyata keçirilir və 2020-ci ildə başa çatacaq. Layihənin həyata keçirilməsi zamanı yaranan problemlər həll olunur. TAP-ın inşasına 2016-cı ildə başlanılacaq.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, bu sözləri Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyeva ilə keçirdiyi görüşdə səsləndirib.
“Bir neçə gün əvvəl boru kəmərləri üzrə tender başa çatdı və yunan şirkəti tenderdə qalib gəldi. Layihə üzrə bütün işlər cədvəl üzrə aparılır. TAP işə salınanda biz görəcəyik ki, bir ilə 10 milyard kubmetr qaz artıq kifayət etmir. O zaman daha çox qaza ehtiyac yaranacaq. Avropa dövlətlərinin enerjiyə tələbatının günbəgün artması göz önündədir”, - deyə səfir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]