Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfir Seyid Abbas Musəvi: Bu gün İran-Azərbaycan əlaqələri indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir

Səfir Seyid Abbas Musəvi: Bu gün İran-Azərbaycan əlaqələri indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir

Bakı, 11 fevral, AZƏRTAC

İran İslam İnqilabının şanlı qələbəsindən artıq uzun illər keçir. Azadlıq və müstəqillik böyük İran xalqının inqilab vasitəsilə əldə etdiyi çox dəyərli bir nemətdir. Bu gün İran İslam Respublikası öz milli qərarlarının verilməsində heç bir xarici gücdən asılı deyil. İran təhlükəsizliyini və sabitliyini öz gücünə söykənərək təmin edir və bu sahədə əsasən böyük dövlətlərin maraqlarına xidmət edən hər hansı hərbi və ya təhlükəsizlik mexanizmlərinə qoşulmağa ehtiyac duymur. İnqilab nəticəsində əldə edilmiş əlamətdar nailiyyətlər təkcə siyasi sahədə deyil, iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəni, elmi və hərbi sahələrdə də olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin iki qonşu ölkə arasındakı münasibətlərdən və İslam İnqilabının nailiyyətlərindən bəhs edən məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

İran İslam Respublikası böyük insan kapitalına, zəngin təbii sərvətlərə, enerji və mineral mənbələrə malik geniş bir ölkədir və dünyanın ən yüksək hərbi güclərindən biri kimi müxtəlif elm sahələrində sürətli inkişafı, regionda və dünyada artan nüfuzu ilə qürurla dayanaraq, yeni zəfərlərə imza atır. Sanksiyalara baxmayaraq, bir çox kənd təsərrüfatı məhsulları istehsalında, nüvə və kosmik biliklər, tibb, nanotexnologiya və biotexnologiya sahələrində qazanılan yüksək uğurlar, qabaqcıl hərbi texnika və silahların istehsalı və bir çox başqa nailiyyətlər İran xalqının dünya imperializminə qarşı 43 illik müqavimətinin nəticəsidir.

İran İslam Respublikasının gücü hər zaman region ölkələrinin və onların dostlarının sabitlik və təhlükəsizliyinin xidmətində olub və olacaq. İran balanslaşdırılmış və dinamik diplomatiyanın, qonşuluq siyasətinin, qonşuların prioritet və regionun güclü olmasının üzərində vurğulamaqla, regionun bütün ölkələri, xüsusilə də qonşuları üçün sülh və təhlükəsizlik istəyir. Azərbaycana gəldikdə isə, İran qonşu və qardaş ölkəyə daimi sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlıq arzulayır. Həmişə haqlı olaraq deyildiyi kimi, ortaq dini, mədəni və tarixi bağlılığı nəzərə almaqla, İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu mahiyyətcə əbədidir.

İran 1991-ci ildə dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ildə martın 12-də isə ölkələrimiz arasında tam diplomatik münasibətlər qurulub. Bu il iranlılar sevincdə də, kədərdə də bir yerdə olduqları azərbaycanlı bacı-qardaşları ilə birlikdə iki dost, qardaş və qonşu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər.

İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir. 2021-ci ildə noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşü münasibətlərdə dönüş nöqtəsi olmaqla yanaşı, İran və Azərbaycan arasında dostluq münasibətlərinə heç vaxt dözməyənlərin düşmənçiliyindən qaynaqlanan bəzi süni anlaşılmazlıqlara son qoydu.

Həyata keçirilən əsas səfər və görüşlərlə bağlı deyə bilərəm ki, bu yaxınlarda İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfərinin şahidi olduq. Bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfəri zamanı işğaldan azad edilmiş ərazilərə baş çəkdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə birgə layihələrin icrası, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən azad edilmiş ərazilərin yenidən qurulmasına İranın yardımı və bu prosesdə fəal iştirakı müzakirə olundu. Eyni vaxtda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Tehrana səfər edərək, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirdi və müzakirələr apardı. Bundan əvvəl isə Azərbaycan Respublikasının Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin İrana çox səmərəli bir səfəri baş tutmuşdu. Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətinin İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfəri də böyük əhəmiyyət kəsb edir.

Bu görüşlərdə birgə layihələrin son vəziyyəti və onların icra prosesinin sürətləndirilməsi yolları, bununla bağlı irəli sürülən təşəbbüslər, ikitərəfli əməkdaşlıq məsələləri (siyasi, mədəni, iqtisadi, hərbi, hüquqi, məhkəmə, konsulluq və digər sahələrdə) və bəzi regional məsələlər (o cümlədən Cənubi Qafqazla bağlı məsələlər və 3+3 regional əməkdaşlıq formatı) müzakirə olunub, ümumi və regional maraqları təmin etmək üçün lazımi qərarlar qəbul edilib.

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etməsinin və möhkəmlənməsinin göstəriciləri saysız-hesabsızdır. İki ölkənin yüksək rütbəli rəsmilərinin çoxsaylı qarşılıqlı səfərləri əlaqələrin mövcud səviyyəsindən xəbər verdiyi halda, Azərbaycan vətəndaşlarının ilk səfərlərinin İrana olması faktı iki xalqın qardaşlıq sevgisini əks etdirən daha bir mühüm göstəricidir. Beynəlxalq təşkilatlarda və qurumlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında iki ölkənin qarşılıqlı dəstəyinin səviyyəsi də İran-Azərbaycan arasında beynəlxalq əməkdaşlığın göstəricisi olmaqla, ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərinin hansı səviyyədə olduğunu göstərir.

İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı da yaxşı göstərici hesab oluna bilər. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30 faizdən çox artıb. Bu əlaqələr pandemiyadan əvvəlki dövrlə müqayisədə də nisbi artıma malik olmaqla, son iki onillikdə ən yüksək səviyyəyə çatıb.

Azərbaycan Respublikasının İrandan idxalının artması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə İran Azərbaycanın qeyri-neft ixracının 11 faizini özünə cəlb edib ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir. Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması və cari ildə İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi ilə 765 kilometr ümumi sərhədə malik iki ölkə arasında iqtisadi və ticarət əlaqələri yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf edəcək.

Hər iki tərəfdən koronavirusa nəzarətin düzgün idarə olunması ilə nəqliyyat, enerji və sənayenin müxtəlif sahələrində birgə layihələr sürətlə həyata keçirilir. Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının təmin edilməsi sahəsində mühüm rol oynayırlar.

Göründüyü kimi, bu gün İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlər üzrə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti əyani surətdə təsdiqləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb