Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səfir Xanım İbrahimova: İsveçrəli uşaqların azərbaycanlı qaçqınlar və məcburi köçkünlər üçün çəkdiyi rəsmlər son dərəcə maraqlı idi

Bakı, 31 iyul, AZƏRTAC

İyunun 15-də Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin dəstəyi ilə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” tərəfindən Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası keçirilib.

Bu tədbirlə bağlı Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-İyunun 15-də təşkil etdiyiniz tədbir xaricdə keçirilən digər tədbirlərdən nə ilə fərqlənir?

-Fikrimcə, ən əsas fərq Azərbaycanın həqiqətləri barədə mesajımızın müsbət tonda, sülhməramlı tərzdə çatdırılması idi. Bu tərz avropalıların üslubundadır, onlarda tədbirimizə və mesajımıza maraq doğurub. Belə ki, ictimai məlumatlandırma kampaniyasının əsas qayəsini orada isveçrəli uşaqların iştirakı, azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün rəsm çəkmələri təşkil edirdi. Bu məqsədlə Bern şəhərinin əsas meydanı Vayzenhauzplatzda malbertlər quraşdırılmışdı. Bu uşaqlara Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri də qoşulmuşdu. Uşaqlar rəsm çəkməmişdən öncə tədbirin mahiyyəti, azərbaycanlı qaçqınlara məcburi köçkünlərə həsr olunmuş rəsm əsərləri ilə tanış edilir və sonra ölkəmizdə olan qaçqın uşaqlar üçün rəsm çəkməyə dəvət olunurdu. Bundan başqa, “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri aksiya iştirakçılarına uşaq dilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan məcburi köçkünləri barədə məlumat verirdilər. Xüsusilə uşaqlar vasitəsilə faciə barədə çatdırılan mesaj isə həm valideynlər, həm də uşaqlar üçün çox təsirli olurdu. İsveçrədə məlumatlandırma kampaniyasında çox sayda insanın iştirakı, yüzlərlə məlumat broşürü və kitabçaların paylanması, eləcə də kampaniya ərzində 100-ə yaxın rəsm əsərinin çəkilməsi bu cür yanaşmanın və ümumiyyətlə tədbirin uğurlu olduğuna dəlalət edir. Çox istərdim ki, İsveçrəli uşaqlar tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkün uşaqları üçün çəkilmiş bu rəsmlərin Bakıda sərgisi təşkil olunsun.

-Tədbir üçün niyə məhz 15 iyun tarixini seçmisiniz?

- Hər il İsveçrədə 15 iyun tarixi Milli Qaçqınlar Günü kimi qeyd olunur. Bu tarix İsveçrədə qaçqınların problemləri barədə ən vacib ictimai məlumatlandırma kampaniyasına çevrilib. Biz də Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə bu tarixdən İsveçrə ictimaiyyətinin diqqətini xalqımızın Dağlıq Qarabağ probleminə yönəltmək üçün istifadə etmək qərarını verdik. Düşündük ki, həmin tarixdə təşkil olunacaq tədbir həm təsir gücü, həm də iştirakçılıq səviyyəsi baxımından daha genişmiqyaslı olacaqdır. Nəticə etibarilə bu, belə də oldu. Onu da xüsusilə vurğulamalıyam ki, ictimai kampaniyanın genişmiqyaslılığına töhfə verən amillərdən biri də tədbirin “İsveçrə Qaçqınlar Şurası”nın (Swiss Refugee Council) himayəsi altında keçirilməsi və kampaniya çərçivəsində paylanan məlumat vərəqələrində bu təşkilatın loqosundan istifadə edilməsi barədə diaspor tərəfindən razılıq əldə edilməsi idi. Belə ki, isveçrəlilərin inandığı yerli qurumun tədbirə sponsorluq etməsi ona həm marağı, həm də etibarı nəzərəçarpacaq dərəcədə artırıb.

-Kampaniyada başqa təsiredici amillər nə idi?

-Uşaqların rəsm çəkməsindən əlavə, ictimai kampaniyanın keçirildiyi meydanda Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş məlumat stendi quraşdırılmış, onlara həsr olunan rəsm əsərləri sərgilənmiş, yerli ictimaiyyətə bu barədə broşürlər vasitəsilə məlumat verilmiş, qarabağlı məcburi köçkün qadının 8 yaşında olarkən başına gələnlərdən alman dilində bəhs edən 500 kitabça paylanmış, üzərində “Azərbaycandakı qaçqın və məcburi köçkünlər üçün” yazılan və onlarla həmrəylik rəmzi daşıyan şarlar yerli sakinlərə və uşaqlara paylanmışdır. Bütün bu tədbirlər bir-birini tamamlamış, aksiyamızı daha da rəngarəng və cəlbedici etmişdir.

-Tədbirin təşkilində İsveçrədəki Azərbaycan diasporunun rolu barədə nə deyə bilərsiniz?

-İsveçrədə Azərbaycan səfirliyi və diasporu bütün məsələlərdə, xüsusilə də ümummilli məsələlərdə həmişə birgə çıxış edir, çox sıx işləyir. Məsələn, 2018-ci ildə Berndə İsveçrə təhsil sisteminə inteqrasiya olunmuş “Qarabağ” məktəbinin təsis olunması səfirlik və diasporun birgə əməyinin nəticəsidir. Azərbaycan qaçqın və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası da bu ölkədəki diasporumuzun təşkilatçılığı ilə baş tutmuşdur. Belə ki, bu kampaniyanın rəsmi olaraq təşkilatçısı “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”dir. Səfirlik isə bu tədbirin təşkilinə qanuni çərçivədə dəstək göstərmişdir. Vurğulamaq istərdim ki, yerli ictimaiyyəti hədəfə alan istənilən aksiyanın keçirilməsində aparıcı rol məhz elə diasporaya məxsus olmalıdır. Bu kimi məsələlərdə isə səfirliklərimiz hər zaman diasporun yanında olmalıdır.

-Sizcə, bu uğurlu təcrübənin başqa Avropa ölkələrində də tətbiq edilməsi məqsədəuyğundurmu?

- İsveçrədə keçirilmiş ictimai məlumatlandırma kampaniyasının uğurunu şərtləndirən amilləri yuxarıda sadaladım. Bir daha təkrarlamaq istəyirəm ki, müvafiq Avropa ölkələrində yerli ictimaiyyətə ölkəmizin Dağlıq Qarabağ problemi barədə həqiqətləri yuxarıda təsvir edilən formada, sülhməramlı tərzdə çatdırılmasının daha çox təsir gücünə malik olacağından əminəm. Buna görə də, digər Avropa ölkələrində bu formada tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Həm də nəzərə almaq lazımdır ki, digər Avropa ölkələrində də Milli Qaçqınlar Günü qeyd oluna bilər. Yaxud da hər il iyunun 20-si dünyada Beynəlxalq Qaçqınlar Günü kimi qeyd olunur. İctimai məlumatlandırma kampaniyalarının məhz bu günlərdə keçirilməsi çox vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib