SİYASƏT
SƏFİRLİKDƏ GÖRÜŞ
Tehran, 23 yanvar (AZƏRTAC). Azərbaycanın İrandakı səfirliyində səfir Cavanşir Axundov İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Höcətullah Əyyubi ilə görüşmüşdür.
Görüşdə İƏT üzvü olan dövlətlər arasında tarix, mədəniyyət və ədəbiyyat sahəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ilə İran arasında ortaq tarix, mədəniyyət və ədəbiyyat mövcuddur. Bu sahələrdə mövcud əlaqələri inkişaf etdirmək üçün geniş imkanlar vardır.
Görüşdə bu və digər sahələrə dair birgə tədbirlərin təşkil edilməsinin vacibliyi vurğulanmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran