ŞƏHİD AİLƏLƏRİNİN MƏNZİL PROBLEMİ HƏLL OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 500-ə yaxın şəhid və Qarabağ müharibəsi əlili ailəsi mənzil almaq və ya yaşayış şəraitini yaxşılaşdırmaq üçün yaşayış evlərinin qeydiyyata alınması, bölgüsü və dəyişdirilməsi şöbəsində növbədədir. Sumqayıtda artıq 3 yaşayış binası istifadəyə verilmişdir. 47-ci məhəllədə inşa edilən 2 otaqlı otuz mənzildən ibarət daha bir beşmərtəbəli binanın 2005-ci ilin martınadək hazır olacağı gözlənilir.