REGİONLAR
Şəhid ailələrinin sosial problemləri diqqətdə saxlanılır
Gəncə, 18 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn, eyni zamanda, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələri ziyarət edilib.
Görüşlər Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşlarının, Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami Bələdiyyələrinin sədrlərinin, şəhərdə fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarət zamanı şəhid ailələrinin sosial problemləri öyrənilib, onların müraciət və qayğıları dinlənilib, problemlərinin həlli istiqamətində müvafiq işlər görülüb.
Şəhid ailələri isə öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.