REGİONLAR
Şəhid Elnur Rüstəmov Xaçmazda torpağa tapşırılıb
Quba, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan baş gizir Rüstəmov Elnur Faid oğlu sentyabrın 14-də Xaçmazda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Əbilyatağı kəndində dəfn olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
32 yaşlı Elnur Rüstəmov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. Ailəli idi. Üç övladı Vətənə əmanət qaldı.
Şəhidin cənazəsi Əbilyataq kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin nəşi üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]