“ŞƏHİDLƏR BU HƏFTƏ QAYIDACAQLAR”
Azərnəşrin bu yaxınlarda çapdan buraxdığı “Şəhidlər bu həftə qayıdacaqlar” kitabında Eldar Məmmədovun ərəb dilindən tərcümə etdiyi hekayələr toplanmışdır.
Son dövrədək ərəb yazıçılarının Azərbaycan dilində nəşr edilmiş hekayələri əsasən ruscadan tərcümə olunduğuna görə, çoxlu qüsurlara yol verilmişdir. 1920-ci ilədək birbaşa ərəb dilindən tərcümə olunmuş roman və hekayələr isə müasir oxuculara bəlli deyildir. Bu baxımdan kökləri X-XII əsrlərə gedib çıxan və ərəb ədəbiyyatında şeirdən sonra ən çox yayılmış hekayə janrının müasir nümunələrinin dilimizə birbaşa orijinaldan tərcüməsi sahəsindəki təşəbbüslər təqdirəlayiqdir.
Kitabda toplanmış hekayələrin müəllifləri öz ölkələrinin ədəbi mühitinin tanınmış nümayəndələridir. Oxucular burada hələ sağlığında “Misirin Çexovu”, ərəb ədəbiyyatının klassiki adlandırılan Yusif İdrisin Nobel mükafatı almış yeganə ərəb yazıçısı olan Nəcib Məhfuzun və digər Misir nasirlərinin, məşhur Əlcəzair yazıçısı Ət-Tahir Vattarın, Fələstin ədəbiyyatının nümayəndələri Taufiq Zəyyadın və faciəli taleyi olan Səmirə Əzzamın, İraq, Livan, Sudan, İordaniya yazıçılarının hekayələri ilə tanış ola biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [11:35]
Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub
- 10.11.2026 [20:19]
Parisdə Azərbaycan kinosu ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO
- 10.11.2026 [18:33]
Zəfər Günü münasibətilə "İki əsgər" tamaşası növbəti dəfə səhnədə
- 10.11.2026 [16:09]
Akademik Milli Dram Teatrında "Qarabağnamə" tamaşası nümayiş olunub
- 10.11.2026 [10:57]
Zəfər Gününə özəl videoçarx: “Zəfərin səsi, qürurun nəğməsi”
- 10.11.2026 [10:30]
Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanlı könüllülər COP31-də
- [11:14]
Azərbaycanda ÜDM 1,7 faiz artıb
- [11:14]