ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Estoniya Parlamenti Xarici Əlaqələr Komitəsinin sədri, Estoniyanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Marko Mihkelsonun başçılığı ilə nümayəndə heyəti noyabrın 1-də Şəhidlər xiyabanını ziyarət etmişlər.
Estoniya Parlamentinin üzvləri ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş cəsur Azərbaycan övladlarının xatirəsini yad etmiş, şəhidlərin məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül qoymuşlar.
Şəhidlər xiyabanını ziyarət zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müşayiət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]