ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Burada Ukrayna dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ali qonağı və nümayəndə heyətini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev və digər rəsmi şəxslər qarşıladılar.
Ukrayna Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu, şəhidlərin əziz xatirəsini ehtiramla yad etdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Şəhidlər xiyabanının tarixi, 20 Yanvar faciəsi, paytaxtda aparılan tikinti və abadlıq işləri barədə məlumat verdi.
Sonra Ukrayna Prezidenti Viktor Yuşşenko Bakı şəhərinin mənzərəsini seyr etdi.