ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Sonra Moldova Prezidenti Vladimir Voronin Şəhidlər xiyabanını ziyarət etmişdir. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Moldova Prezidenti və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Azərbaycan övladlarının məzarları üstünə gül düzdülər.
Moldova dövlətinin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Moldovanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Şəhidlər xiyabanının tarixi, Azərbaycan paytaxtının abadlaşdırılması üçün görülən işlər barədə məlumat verdi.
Prezident Vladimir Voronin Bakının panoramını seyr etdi.
######
