ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 12-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
Özbəkistanın dövlət başçısını və nümayəndə heyətinin üzvlərini xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Özbəkistan Prezidenti İslam Kərimov “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Özbəkistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident İslam Kərimov Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.
######
