“Səhra mətbəxi” müsabiqəsi başa çatıb
Bakı, 7 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi-2018” müsabiqəsinin sonuncu mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların ümumi nəticələrinə görə Rusiya komandası birinci, Çin təmsilçiləri ikinci, Qazaxıstan hərbçiləri üçüncü, Azərbaycan komandası isə dördüncü yeri tutub.