Azərbaycan Dövlət İnformasiya Agentliyi

SƏHRADAN CƏNNƏTƏ ÇEVRİLMİŞ ŞƏHƏR...

Bakı, 7 iyun (AZƏRTAC). "flydubai" şirkəti və "RED Communications PR və BTL" agentliyinin təşkilatçılığı ilə jurnalistlər üçün Dubaya 5 günlük səfərə dəvət alanda sevincimin həddi-hüdudu olmadı. Çünki yalnız televiziya, internet vasitəsilə izlədiyim nağıllar dünyası Dubayı indi canlı görəcəkdim. Etiraf edim ki, bu şəhəri görmək çoxdankı arzum olub.

Agentliyin baş direktoru Tatyana Mikayılova və şirkətin əməkdaşı Tariyel Cəlallı elə aeroportda jurnalist heyətini səfərin proqramı ilə tanış etdilər. Proqramdan məlum oldu ki, bizi Dubayda gözəl istirahət gözləyir.

"flydubai" aviaşirkətinin Bakı-Dubay reysi ilə uçan təyyarə cəmi 2 saat 50 dəqiqədən sonra Dubay aeroportuna çatdı. Təyyarəmiz əsrarəngiz Şərq ölkəsinin Dubay şəhərinin hava limanına eniş edərkən ətrafda gördüklərim məni əfsanəvi nağıllar aləminə kökləyirdi. Dubaya gecə düşməyimizə baxmayaraq, ətrafın füsunkar gözəllikləri adamı valeh edirdi. “Min bir gecə” nağılını xatırladan şəhərin inkişaf və tərəqqisini, gözəlliyini, təmizliyini elə aeroportdaca anlamaq mümkün idi. Dubayın hava limanı ildə 10,5 milyon sərnişinə xidmət edir. Bu, həm də onu göstərir ki, Dubaya təkcə hava xətti ilə ən azı 10 milyon turist gəlir. Təyyarədən enərkən uyğunlaşmadığımız Dubayın qaynar nəfəsi ilk əvvəl müəyyən çaşqınlıq yaratsa da, çox çəkməmiş bu şəraitə öyrəşməyə başladıq. Otel aeroporta yaxın yerləşməsinə baxmayaraq, bizim üçün ayrılmış 3 ulduzlu “Premier İNN” otelinə 15-20 dəqiqəyə çatdıq. Oteldə bizi yüksək qonaqpərvərliklə qarşıladılar. Otelin nömrələrində hər bir müştəri üçün şirkətin hədiyyəsi olaraq qoyulmuş xüsusi hədiyyələr “flydubai”in qonaqpərvərliyindən, yüksək diqqətindən xəbər verirdi. Oteldəki yüksək xidmət, mehriban münasibət daha çox müştərinin buraya cəlb olunmasına böyük rol oynayır. "Premier İnn"də bir sutka üçün qiymətlər 100 dollardan başlayır. Bizə bildirdilər ki, turistlər əsasən qənaətcil otellərdə qalmağa üstünlük verirlər. Dubayda qaldığımız ilk gecənin səhəri günü ilk olaraq otelə yaxın ərazilərdə gəzintiyə çıxdıq. Bu yerlərdə dəbdəbəli evlər, villalar, zəngin mülklər göz oxşayırdı. Villa sahibləri darvazalarının üzərinə öz adlarını xüsusi lövhələrdə yazıb vururlar. Villalar sahiblərinin adları ilə tanınır. Dubayda diqqəti cəlb edən məqamlardan biri də həmişə mağazalarda qablaşdırılmış formada gördüyüm xurmaların bu şəhərdə hər dəbdəbəli evin qarşısında əkilmiş ağaclardan salxım-salxım sallanması idi.

Dubayda 2 milyona yaxın əhalinin yaşamasına baxmayaraq şəhərdə etnik ərəblərin sayı 20 faizi keçmir. Rəsmi dil ərəb dili olmasına baxmayaraq hind, çin, ingilis, urdu dillərində danışanlar çoxluq təşkil edir. Burada ərəblərdən fərqli olaraq, digər millətlərin nümayəndələri əsasən xidmət sahələrində, tikintidə, sənayedə və digər fiziki qüvvə tələb edən sahələrdə çalışırlar. Ərəbləri isə yalnız lüks maşınlarda görmək mümkündür. Kommersiya fəaliyyəti ilə məşğul olmağa gəldikdə isə, Dubayda buna çox geniş imkanlar vardır. Hər kəs burada ölkənin qayda-qanunları çərçivəsində ticarətini qura bilər. Səfərimizin ilk günündə şəhərlə tanışlıq zamanı bunu çox aydın müşahidə etdim.

Proqrama uyğun olaraq, səfərimiz “Madinat Jumeirah”, “Dubai Mall”, “Mall of Emirates” ticarət komplekslərinə oldu. Yol boyu Dubayın gözəlliyi məni valeh etmişdi. Ərazisinin kiçik olmasına baxmayaraq şəhər inkişaf sürəti, müasirliyi, gözəlliyi ilə insanı heyrətləndirir. Müasir nəqliyyat qovşaqları, şüşə və betondan ucaldılmış yaraşıqlı göydələnlər, dəbdəbəli villalar göz oxşayır. Şəhərdə tikinti və abadlıq işləri bütün sutka ərzində davam edir. Fasiləsiz davam edən tikinti-abadlıq işləri şəhərin sükutunu pozmur, təmizliyinə heç bir xələl gətirmir. Hava çox isti olduğundan gündüz saatlarında küçələrdə bir insana rast gəlinmir. Dubayda “həyat” sanki saat 5-dən sonra başlayır. Buna baxmayaraq, hər yerdə - metrolarda, ticarət mərkəzlərində, dayanacaqlarda, oteldə kondisioner işləyir. Şəhərdə hərəkət edən bütün taksilərdə taksometr quraşdırılmışdır. Taksometr nə qədər yazsa, sərnişinlər o məbləği ödəyirlər. Bu şəhərdə dünyanın ən yeni model avtomobillərinə rast gəlmək mümkündür. Hamının avtomobilinin olduğu bu şəhərdə saatlarla tıxaclarda qalmaz, siqnal səsləri eşitməzsən.

Fars körfəzinin ən məşhur istirahət mərkəzi olan Dubay, həm də alış-veriş və dəniz istirahəti üçün nadir imkanlara malikdir. Ticarət mərkəzlərinin ərazisi o qədər böyükdür ki, buranı gəzib qurtaranadək axşam düşür. Ticarət mərkəzlərində buz meydançası, nəhəng süni şəlalə, namaz qılmaq üçün xüsusi otaqlara, müxtəlif ölkələrin mətbəxi olan restoranlara, brend mağazalara, yerli istehsaldan başqa Çin, Pakistan, Hindistan istehsalı olan əşyalara, geyimlərə, bir sözlə hər şeyə rast gəlmək olar. Hər ilin martında burada məşhur şoppinq-festival keçirilir. Dubayı Yaxın Şərqin “ticarət paytaxtı” da adlandırmaq olar. Burada turistlərin rahatlığı üçün hər hansı mağazanı, əyləncə mərkəzini, restoranı asan tapmaları üçün xüsusi elektron lövhələr quraşdırılmış və ya bukletlər hazırlanmışdır. Restoranlarda ərəblərə məxsus müxtəlif ədviyyatlarla hazırlanan ləziz ərəb mətbəxindən başqa, Avropa, Şərq, İran, Çin, italyan, fransız, yapon mətbəxinin də təamlarını dadmaq mümkündür. Şəhərin qanunlarına əsasən, restoranlarda spirtli içki içmək, ticarət, istirahət mərkəzlərində, bir sözlə, ictimai yerlərdə siqaret çəkmək qadağandır. Dubayda hər kəs ölkənin qayda-qanunlarına riayət edir.

“Mirdiff City Center”də yerləşən “İ-FLY Dubai” əyləncə mərkəzində uşaqların duyğuları ilə yanaşı, məntiqi biliklərini yoxlamaq üçün xüsusi oyunlar, attraksionlar, yelləncəklər, oyun kabinələri quraşdırılmışdır. Burada hər şey o qədər gözəl, cəlbedicidir ki, insan bir anlığa uşaq olmaq istəyir. Elə bu duyğuların təsiri altında mən və həmkarlarım uşaqlara qoşulub onlarla birlikdə uşaqlığımızı yada saldıq. Geniş əraziyə malik mərkəzin meneceri Yuliya Diboş mərkəzi yaratmaq ideyasının özünə məxsus olduğunu bildirdi. 2 yaşdan 7 yaşadək uşaqların istirahəti üçün hər cür şərait yaradılan mərkəzdə uşaq və valideyn üçün 1 sutkalıq əyləncənin qiyməti 1300 dirhəmdir. Hər bir uşaq üçün xüsusi nəzarətçilər ayrılıb. iFly Dubay Skydiving (paraşütlə tullanma, uçüş) ilk qapalı skydiving mərkəzidir. Burada müxtəlif yaşda insanların rahat və təhlükəsiz şəkildə bu idman növü ilə məşğul olmaları üçün əlverişli şərait yaradılmışdır. Aşağıdan güclü təzyiqlə vurulan hava adamı bir neçə metr yuxarı qaldırır. Qaydalara görə, çiynindən zədəli olanlar bu idmanla məşğul ola bilməzlər.

Həmin gün axşam “flydubai” şirkətinin baş direktoru Qeyt Əl Qeytin iştirakı ilə Dubayın mərkəzində “Bice Mare” restoranında şam yeməyi təşkil olundu. Baş direktor bizi olduqca qonaqpərvərliklə və səmimi qarşıladı. Söhbət zamanı rəhbəri olduğu aviaşirkət haqqında ətraflı məlumat verərək bildirdi ki, 2008-ci ilin martında fəaliyyətə başlayan “flydubai” Dubayın qənaətcil qiymətlərlə uçan ilk hava yollarıdır. Dubaydan Bakıya ilk reys 2009-cu il noyabrın 22-də açılmışdır. Həmin vaxtdan aviaşirkət gündəlik Dubay-Bakı-Dubay reysini yerinə yetirir. Qiymətlərə gəlincə, reysin Azərbaycana xidmətindən məmnunluğunu bildirdi və dedi ki, “flydubai”ın qiymətləri çox qənaətcildir. Aviaşirkətimizin məqsədi Dubaya daha çox turist cəlb etmək və bu şəhəri tanıtmaqdır. Baş direktor Azərbaycanda 3 dəfə səfər etdiyini və hər gəlişində turizmin sürətlə inkişaf etməsinin şahidi olduğunu yüksək qiymətləndirdi.

“Bice Mare” restoranı dünyanın ən hündür binası olan “Burc Xəlifə”nin yaxınlığında “Souk Al Bahar”da yerləşir. Restoranın həyətində yaradılmış süni göl, qayıq, fəvvarələr, bir sözlə, insanların gözəl vaxt keçirmələri, əylənmələri, istirahəti üçün yaradılmış hər cür şərait axşamlar onları bura axışmağa sövq edir. 15 dəqiqədən bir işə salınan və ərəb musiqisinin ritmləri ilə rəqs edən musiqili fəvvarə gecənin qaranlığına xüsusi rəng qatır, şəhəri sanki işıqlandırır. İnsanlar həzin musiqi sədaları altında nağıllar aləmində musiqili fəvvarələrə tamaşa edə-edə şam edir, qayıqlarda gəzir, şəhərin gecə mənzərəsini seyr edirlər. Dubayda gecənin gözəlliyi bambaşqadır. Mən və jurnalist həmkarlarım bu füsunkar gözəlliyi vaxt itirmədən fotokameraların yaddaşına həkk etməyə çalışırdıq.

Səhəri gün səfər planına uyğun olaraq dünyanın ən hündür binasına - “Bürc Xəlifə”yə getdik. Əgər siz Dubaya gəlib “Burc Xəlifə”də olmamısınızsa, deməli heç Dubaya gəlməmisiniz. Bu il yanvarın 4-də açılışı olmuş binanın hündürlüyü 828 metr, mərtəbələrin sayı 160-dır. Bina, həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. İçəri daxil olan hər kəs nəzarətçilər tərəfindən ciddi yoxlandıqdan sonra buraxılır. Binaya giriş 400 dirhəmdir (110 dollar). Binanın lifti ilə 1 saniyəyə 10 metr qalxmaq mümkündür. Biz 124-cü mərtəbəyə 45 saniyəyə qalxdıq. Burada yalnız 124-cü mərtəbəyədək qalxmağa icazə verilir. Dünyanın ən yüksəkliyə qalxan və ən sürətli işləyən liftin içərisi sanki gecəni xatırladır. Ərəb musiqisinin sədası altında 124-cü mərtəbəyə nə vaxt çatdığını hiss etmirsən. İnşasına 20 milyard dollar vəsait xərclənmiş qüllənin ərsəyə gəlməsində 12 min işçi çalışmaqla 22 milyon saat vaxt sərf olunmuşdur. Binada otellər, restoranlar, evlər, tamaşa meydanları, hovuzlar da vardır. Bina hündürdən baxdıqda 6 ləçəkli çiçəyi xatırladır ki, bu da yalnız Dubayda və yalnız Safaridə bitən kali çiçəyinin formasından götürülüb.124-cü mərtəbədən demək olar ki, bütün Dubayı seyr etmək mümkündür. 124-cü mərtəbədə Dubayı izləmək üçün monitorlu qurğu quraşdırılmışdır. Qurğu vasitəsilə Dubayın hər hansı bir hissəsini yaxınlaşdırıb görmək mümkündür.

Axşam “Sofitel Dubai Jumeirah Beach” otelində KİV nümayəndələri üçün ziyafət təşkil olundu. Dubayın ən məşhur rayonlarından biri olan “Jumeirah Beach Residence”də yerləşən, fransız ornamentlərini özündə birləşdirən və 438 nömrədən ibarət möhtəşəm otelin hər bir nömrəsinin eyvanı Fars körfəzinə açılır. Nağıllar aləmini xatırladan, orijinal dizayna malik oteldə restoran, hovuz, gözəllik salonu, internet, konfrans zalı, mağaza, idman zalı və s. yerləşir.

Kimsə mənə desəydi ki, Dubayda qartopu oynadım, xizəklə sürüşdüm, əsla inanmazdım. Dubay hara, qar hara? “Ski Dubai”ya əyləncə mərkəzini görəndə bunun həqiqət olduğuna inandım. Əyləncə mərkəzi Yaxın Şərqdə ilk, dünyada isə III ən nəhəng örtülü "qar" kurortudur. Ərazisi 22 min 500 kvadratmetr olan “Ski Dubai”da 70 santimetrlik süni qar örtüyü vardır. Burada hər gecə xüsusi qurğular vasitəsilə 30 tona yaxın qar istehsal olunur. Xizək meydanının uzunluğu 400 metrdən çoxdur. Kompleksdə əjdaha, ev, mağaralar və s. buzdan hazırlanmışdır. Bayırda 45 dərəcə isti olduğu halda, içəridə -3 dərəcə şaxta vardır. Təsəvvür edin ki, şüşənin digər tərəfində insanlar ticarət mərkəzində gəzişir, alış-veriş edir, restoranlarda nahar edir, o biri tərəfdə isə qartopu oynayır, xizəklə sürüşürlər. 45 dərəcə istidə qışın ləzzətini çıxarmaq istəyənlər Dubaya üz tuta bilərlər.

Bir sözlə, bütün bu gördüklərimiz bəşər övladının təxəyyülünün yaratdığı gerçəkliklərdir. Səhradan cənnətə çevrilmiş Dubay həqiqətə dönmüş nağıldır. Əbəs yerə Dubayı “Fars körfəzinin Parisi” adlandırmırlar. Cənnətin bir güşəsi olan və böyük imkanlara malik bu kiçik şəhəri ancaq görməklə kəşf etmək mümkündür.

Samirə Quliyeva

AZƏRTAC-ın müxbiri

Bakı-Dubay

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Estoniya Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib

ABŞ müdafiə naziri: Venesuelanın müdafiə sektorunda islahatlara kömək etməyə hazırıq

Naxçıvan Dövlət Universitetində “Açıq mikrofon” layihəsinin növbəti görüşü olub

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Finlandiyada ən nadir pişik cinslərindən olan likoylar yetişdirilir

Azərbaycan nümayəndə heyəti San Paulu Şəhər Şurasında görüş keçirib

Çin batareyaların, Günəş panellərinin və külək turbinlərinin pərlərinin təkrar emalı ilə bağlı yeni qaydalar hazırlayır

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

Naxçıvan Dövlət Universiteti ilə muxtar respublikanın Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir

“Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununu uduzub

ABŞ ilə Venesuela arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında növbəti mərhələyə yüksəlib

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir

Səfir: İçərişəhər hər zaman insana ilham verir

Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO

Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Kanada mətbuatı: Kanada Azərbaycanla tərəfdaşlığı genişləndirməlidir

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir

Bakıda səfirlərin fotolarından ibarət “Başqa Azərbaycan” sərgisi açılıb

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq layihələri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub

Böyük Britaniya Aİ ölkələrindən olan tələbələr üçün təhsil haqlarını azaltmağa hazırlaşır

Cənubi Koreyada imtahanda süni intellektdən istifadə edənləri xəbər verənlər 75 min dollar mükafat alacaq

Dünya Çin Dili Konfransında Azərbaycanda Çin dilinin tədrisinə dair məruzə dinlənilib

YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Qarabağ və Şərqi Zəngəzurun bərpası: dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı və regional sülh gündəliyi ŞƏRH

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir VİDEO

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir VİDEO

VK: Təəssüflər olsun ki, bəzi vəkillərin saxlanılması ilə bağlı məlumatların mediada ictimaiyyətə təqdim edildiyini müşahidə edirik

Qarabağda CİS və Yerin Məsafədən Müşahidəsi texnologiyaları ilə layihələr reallaşdırılır – MÜSAHİBƏ

Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib

Azərbaycan Mərkəzi Asiyanın Qərbə çıxışında mühüm nəqliyyat-logistika qovşağına çevrilir - ŞƏRH

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Avropada yeni sərhəd nəzarəti sistemi britaniyalılar üçün ciddi problemlər yaradır

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

Balakəndə aqrar sektorun inkişafı istiqamətində bir neçə layihə icra olunur

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

AQTA-da uşaqlar üçün əyləncəli və maarifləndirici gün

Nəğmələrdə yaşayan ömür: Bəstəkar Oqtay Rəcəbovun 85 illiyi qeyd edilib

“E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 3015 şikayət daxil olub

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə təhvil verilib

Lətif Kərimovun 120 illiyi münasibətilə yeni kitab təqdim olunub

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Böyük Qayıdışdan regional sülhə: Azərbaycan postmüharibə dövrünün yeni reallıqlarını formalaşdırır – ŞƏRH

Səudiyyə Ərəbistanı enerji sahəsində razılaşmaların əldə olunmasına maneçilikdə ittiham edilir

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib

Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib

AzTU Fənlərarası Elm Reytinqdə yer alıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

DİM dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib

® “Birbank”ın “Böl-ödə” krediti ilə 15 min manatadək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

CECECO Türkiyənin Külək Enerjisi Assosiasiyası ilə memorandum imzalayıb

Ayxan Abbasov: Yeni müqavilə məsələsini AFFA rəhbərliyi ilə müzakirə edəcəyik

Azərbaycan Qazaxıstanla aqrar sahədə təcrübə mübadiləsi aparıb

İlk dəfə yığmaya dəvət alan futbolçu: Kumirim Kriştianu Ronaldudur - MÜSAHİBƏ

Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Hacı İsmayılov: Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Antalya hava limanında Azərbaycanın Türkiyəyə qardaşlıq dəstəyini əks etdirən əsər diqqət çəkir

Sankt-Peterburqda Azərbaycan dili və müasir nəsrinə dair kitablar təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyində Nadir şah dövrünün əyanlarına məxsus çəpkən qorunur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir - AÇIQLAMA

Ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur

CECECO və ECOSF təmiz enerji sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalayıblar

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

İqtisadiyyat nazirinin Ağcabədidə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

COP31-in rəngarəng anları FOTOLARDA

“Bursaspor”: Toral Bayramova bir neçə ölkədən təkliflər var - EKSKLÜZİV

Qədim Bərdənin zəngin tarixi və memarlıq incisi – “Allah-Allah” türbəsi

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ

İordaniyada helikopter qəzasında beş zabit xəsarət alıb

İnformasiya Texnologiyaları İnstitutunda şagirdin süni intellekt və IoT əsaslı layihəsi təqdim olunub

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

“AzerGold”un bölgələrdə formalaşdırdığı qabaqcıl KSM təcrübəsi Balakəndə də tətbiq ediləcək

Əyyub Quliyev: Beynəlxalq musiqi platformasında Azərbaycanı təmsil etmək qürurverici idi

AVRO-2028: Azərbaycan millisinin rəqibləri ilə bağlı səfər məhdudiyyətləri müəyyənləşib

Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir

Peşə Təhsili Forumu: Əmək bazarının yeni tələbləri və insan kapitalı

Botanika İnstitutu: Xarıbülbülün təbii mühitindən çıxarılması onun məhvinə səbəb ola bilər

Fransada etirazlar başlayandan 7184 nəfər polis nəzarətinə götürülüb, 466 etirazçı həbs olunub

BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub

Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar

Bakının Sabunçu rayonunda evlərdən oğurluq edənlər saxlanılıblar