CƏMİYYƏT
Şəkidə 25 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb
Bakı, 9 fevral, AZƏRTAC
Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. O, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci ildə Şəki rayon sakinləri olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan, ümumilikdə, 4420 manat alması müəyyən edilib.
Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.