Şəkidə 9 mindən çox ağac əkilib
Şəki, 24 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki rayonunda ağacəkmə aksiyaları davam etdirilir. İndiyədək keçirilən iməciliklərdə rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında 9 mindən çox həmişəyaşıl ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində, ümumilikdə, 11 min 500 ədəd həmişəyaşıl ağacın əkilməsi nəzərdə tutulur.