REGİONLAR
Şəkidə Beynəlxalq elmi konfrans başa çatıb
![](/files/galleryphoto/2023/3/1200x630/170178388947442321_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017838894613344661_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017838891661922779_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017838895093228469_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017838894676710512_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1701783889736159275_1200x630.jpg)
Şəki, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfrans dekabrın 5-də öz işini onlayn platforma bölməsində davam etdirib. Bölmə üzrə məruzələr “Təbii resurslar” mövzusuna həsr olunub.
Regional Elmi Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransın ikinci gününün onlayn platforma bölməsində respublikamızın elm və təhsil müəssisələrinin əməkdaşları ilə yanaşı, Pakistan, Rusiya, Misir, İndoneziya, Qazaxıstan, Özbəkistan və Tacikistanın elm adamlarının qlobal problemlərə həsr olunmuş məruzələri təqdim edilib.
Onlayn platformada aqrar elmlər doktoru, professor Amin Babayevin “Şəki-Zaqatala iqtisadi rayonunda ekoloji (orqanik) kənd təsərrüfatının inkişaf perspektivləri”, geologiya-mineralogiya üzrə fəlsəfə doktorları Etibar Qaravəliyevin “Kurqanların strukturunun seysmik kəşfiyyat üsulu ilə tədqiqi”, Hüseyn Mustafabəylinin “Landşaftların inkişaf qanunauyğunluqlarına dair” (Qarabağ və Şərqi Zəngəzur bölgələrinə aid landşaftların timsalında), tarix üzrə fəlsəfə doktoru Yusif Mahmudovun “Azərbaycan və Şərq filosoflarının təbiət görüşləri: ətraf mühitə münasibətin tarixi əsasında”, Aygün Babayevanın “Gəncə- fiziki coğrafi rayonunda səhralaşma prosesləri”, Fəxrəddin Kərimovun “Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət”, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayevin “Kiş çayının Qaynar və Damarçın qolları hövzələrində sellərin əmələgəlmə şəraiti”, həmçinin digər yerli və xarici ölkə alimlərinin məruzələri dinlənilib.
Bununla da AMEA-nın Şəki Regional Elmi Mərkəzin təşkilatçılığı ilə keçirilən Beynəlxalq elmi konfrans başa çatıb.