Şəkidə fərdi yaşayış evi yanıb
Şəki, 6 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Şəkinin Baş Göynük kəndində yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kvadratmetr olan 4 otaqdan ibarət yaşayış evində yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi səfərbər olunub.
Hadisə barədə gec məlumat verilməsi və kəndin ucqarda yerləşməsi yanğın miqyasının genişlənməsi və qarşısının alınmaz olmasına səbəb olub. Nəticədə evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Həyata keçirilən tədbirlərlə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da ev sahibi Fazil Əhmədov onun evinin qəsdən yandırıldığını iddia edir. Belə ki, yanğından sonra mənzilə baxış keçirilərkən məlum olub ki, evdən qızıl-zinət əşyaları və pul oğurlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Baş Göynük kəndində fərdi yaşayış evində yanğın baş verməsi və sonradan oğurluq edilməsi iddiaları ilə bağlı ərazi üzrə polis orqanında araşdırma başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [10:39]
On ayda Qəbələnin mehmanxana və hotellərində 92 min nəfər qarşılanıb
- 13.11.2026 [09:40]
Ağsuda avtomobilin vurduğu piyada ölüb
- 13.11.2026 [09:39]
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
- 12.11.2026 [20:12]
Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”
- 12.11.2026 [19:01]
12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub
- 12.11.2026 [18:29]
Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO
- 12.11.2026 [17:24]
Lənkəranda bir ailənin 9 üzvü turşudan zəhərlənib
Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar
- 12.11.2026 [23:58]
Türkiyə millisi Belçikaya məğlub olub
- 12.11.2026 [23:36]
Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq
- 12.11.2026 [23:12]
Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik
- 12.11.2026 [22:21]
Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib
- 12.11.2026 [21:23]
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub
- 12.11.2026 [20:57]
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
- 12.11.2026 [20:54]
Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb
- 12.11.2026 [20:43]
ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar
- 12.11.2026 [20:31]
Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”
- 12.11.2026 [20:12]
Bu saata olan əsas xəbərlər
- 12.11.2026 [20:00]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [19:31]
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO
- 12.11.2026 [19:27]