Şəkidə fermada yanğın baş verib
Şəki, 5 iyul, AZƏRTAC
Şəki şəhərinin yaxınlığında fermada baş verən yanğın söndürülərək yaşayış massivinə, ətrafa yayılmasının qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində ferma ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
İlkin məlumata əsasən ferma ərazisində ümumi sahəsi 752 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və ətrafında 480 m² sahədə kol-kos yanıb. Yaxınlıqdakı tikililər, yaşayış massivi, sənaye obyektləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma başlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [21:22]
Azərbaycan memarlığının görkəmli siması: Əcəmi Naxçıvani elmi konfransı
- 13.05.2026 [18:50]
İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
- 13.05.2026 [18:07]
Şərur rayonuna dolu yağıb VİDEO
- 13.05.2026 [17:58]
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama
- 13.05.2026 [17:57]
Şirvan şəhərində narkomanlığa qarşı növbəti maarifləndirici aksiya
- 13.05.2026 [17:12]
Naxçıvan Dövlət Kukla Teatrının “Elçilik” tamaşası Ərzurumda təqdim olunub
- 13.05.2026 [16:42]