ŞƏKİDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, rayonların icra hakimiyyəti aparatlarının bölmə rəhbərləri və digər natiqlər çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövləti qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmış, ulu öndərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Çıxışlarda böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi birillik fəaliyyətinin önəmli məqamlarına toxunulmuş, onun imzaladığı «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na (2004-2008-ci illər) uyğun olaraq bu bölgənin rayonlarında aparılan geniş quruculuq işlərindən söhbət açılmışdır.
Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov müşavirədə çıxış etmişdir.