ŞƏKİDƏ QANVERMƏ AKSİYASI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 12-də Şəki Bölgə Qanköçürmə Mərkəzində qanvermə aksiyası keçirilmişdir.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyalı irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin xüsusi tədbirlər planına uyğun olaraq respublikamızın paytaxtında və ayrı-ayrı bölgələrdə həyata keçirilən bu aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Donorların müayinəsi və qangötürmə prosesi Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim və tibb işçiləri tərəfindən həyata keçirilmişdir. Qanvermə aksiyasında yüzlərlə şəkili donor iştirak etmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov aksiyaya ilk olaraq qoşulan donor olmuşdur. Toplanan qan laborator müayinəsindən keçirildikdən sonra qan bankına təhvil veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]