ŞƏKİDƏ REGİONAL GÖRÜŞ KEÇİRİLMİŞDİR
Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı Katibliyinin təşəbbüsü və “Ümid” Humanitar və Sosial Dayaq mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki, Qəbələ, Oğuz və Qax rayonlarından olan 100-ə yaxın ictimaiyyət nümayəndələri iştirak etmişlər. Görüşdə Proqram Katibliyinin əməkdaşları ilə vətəndaşlar arasında kənd təsərrüfatı, sosial müdafiə, təhsil, ekologiya, iqtisadi inkişaf və sərmayə qoyuluşu sahələri üzrə regionda bugünədək görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş tədbirlər ətraflı müzakirə olunmuşdur.
Qeyd edək ki, tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, “Dünyanı Öyrənmək” Beynəlxalq Təşkilatının, BMT İnkişaf Proqramının və Almaniya Texniki Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:07]
® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib
- 12.11.2026 [17:50]
Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar
- 12.11.2026 [16:27]
Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb
- 12.11.2026 [16:20]