ŞƏKİDƏ SƏRNİŞİN AVTOBUSU YANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Şəkinin Oxud kəndində Qalib Məmmədova məxsus “PAZ-672” markalı sərnişin avtobusunda yanğın baş vermişdir. Hadisə zamanı ölən və xəsarət alan olmamış, avtomaşın yararsız vəziyyətə düşmüşdür.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğını söndürmüşlər.
İlkin ehtimallara görə, yanğına səbəb qısa qapanma olmuşdur.
Faktla bağlı araşdırma aparılır, dəyən ziyan müəyyənləşdirilir.
Qobustan rayonunun Sədəfli kəndində kənd sakini Miqdar Mirzəyevin idarə etdiyi “ZİL” markalı avtomaşında yanğın baş vermidir. Hadisə nəticəsində avtomaşının mühərrikinin yanar hissələri və qoşquya yığılmış ot yanmış, M.Mirzəyev isə yanıq xəsarəti almışdır.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]