SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində ölkənin xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət üzrə müavini Yusif Sədun və ticarət nazirinin xarici ticarət üzrə müavini Abdulla Həmmudi ilə görüşlər keçirilmişdir. Səfir Elman Araslı bildirmişdir ki, hər iki görüşdə 2001-ci ilin fevralında Azərbaycan-Səudiyyə müştərək komissiyasının Bakıda keçirilmiş birinci iclasının qərar və tövsiyələrinin yerinə yetirilməsi və həmin qərarlar çərçivəsində ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələri gücləndirmək, xüsusilə investisiya sahəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyevin krallığa dəvət edilməsi məsələləri müzakirə olunmuşdur. Hər iki tərəf razılaşdırılmış məsələlərin icrasının sürətləndirilməsinin vacibliyini qeyd etmişdir.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən azərbaycanlı həkimlərin yeni qrupunun ölkədə işə cəlb edilməsi ilə əlaqədar lazımi işlər aparılmışdır. Həkimlərimizin krallıqda bu ilin yazında işə başlaması nəzərdə tutulmuşdur. Iki ölkənin ali məktəbləri arasında diplomların ekvivalentliyi məsələsinin həll edilməsi, investisiya qoyuluşu, hava daşımaları sahəsində saziş layihələrinin öyrənilməsi və digər məsələlərlə də əlaqədar konkret işlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]