ELM VƏ TƏHSİL
SEMİNARDA KİMYA FƏNNİ ÜZRƏ TEST TAPŞIRIQLARI TƏHLİL EDİLMİŞDİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, kimya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda sınaq imtahanında istifadə edilmiş test tapşırıqları (I ixtisas qrupu üzrə); “Disaxaridlər və monosaxaridlər” mövzuları elmi-metodiki cəhətdən, test tapşırıqları nümunələri əsasında təhlil olunmuşdur.
Birinci məsələ ilə bağlı diqqətə çatdırılmışdır ki, test tapşırıqları ali məktəblərin qəbul proqramına və orta məktəb dərsliklərinə tam uyğundur və elmi-metodiki səhv yoxdur.
İkinci məsələ ilə bağlı çıxış edənlər ali məktəblərin qəbul imtahanlarına hazırlaşan gənclərin müvafiq mövzunu öyrənərkən karbohidratların qrupları olan monosaxarid, disaxarid və polisaxaridlərin quruluşuna, kimyəvi xassələrinə və təbiətdə necə tapılmasına diqqət yetirmələrini tövsiyə etmişlər.