ŞƏMKİR RAYONUNDA ƏLİYAQUBLU KƏND İNZİBATİ ƏRAZİ DAİRƏSİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
Şəmkir rayonunun Əliyaqublu kəndi Çaparlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Əliyaqublu kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2009-cu il.