CƏMİYYƏT
Şəmkir rayonunda narkomanlıqla mübarizəyə dair dəyirmi masa təşkil olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq olaraq narkomanlıqla mübarizəyə dair
təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə Şəmkir rayonunda dəyirmi masa təşkil olunub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə müvafiq dövr ərzində qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilib, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə əlaqələndirmə işlərinin təşkili istiqamətində müzakirələr aparılıb, lazımi metodiki tövsiyələr və kömək göstərilib.
Eyni zamanda, Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçalar, həmçinin elektron daşıyıcılarda təbliğat materialları təqdim olunub.