ŞƏMKİRLİLƏR BORÇALILILARA YARDIM EDİR
Bu münasibətlə kəndlərdə əhali ilə keçirilən yığıncaqlarda xalqımızın ümummilli lideri Heydər Əliyevin borçalılılara həmişə qayğı və yardım göstərildiyi vurğulanmış, Azərbaycanla Gürcüstan arasında tarixi dostluğun möhkəmlənməsində əvəzsiz xidmətləri olan ulu öndərimizin uzaqgörən siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevə təşəkkür bildirilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi dövlətimizin başçısının göstərişi ilə Gürcüstandakı soydaşlarımıza bundan sonra da kömək göstəriləcəyini bildirmişdir.