SİYASƏT
Senator Natali Qule: ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində zəif işləyir
Bakı, 17 dekabr (AZƏRTAC). Gürcüstanda səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qule Azərbaycanlıların Marneulidəki mədəniyyət mərkəzində gənclərlə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə ATƏT-in həmsədrlərindən olan Fransanın, həmçinin digər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərinin gücləndirilməsinin vacibliyi qeyd edilmişdir.
Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyinə toxunan senator Natali Qule demişdir: “ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində zəif işləyir. Biz qrupun işinin daha fəallaşdırılması üçün səylərimizi artırmalıyıq”.