İQTİSADİYYAT
Sənaye məhsullarının istehsalçı qiymətləri indeksində dəyişiklik olmuşdur
Bakı, 15 yanvar (AZƏRTAC ). Ötən ilin dekabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz artmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 3,9 faiz aşağı düşmüşdür.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2013-cü ilin dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,3 faiz, qida məhsullarının istehsalı üzrə 2,3 faiz, mebel istehsalı üzrə 1,3 faiz, dəri, metallurgiya sənayesi üzrə 0,1 faiz ucuzlaşma qeydə alınmışdır.
Tikinti məmulatlarının istehsalı üzrə 0,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə isə istehsalçı qiymətləri 0,2 faiz bahalaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]