ELM VƏ TƏHSİL
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Avtoyükləyici operator” təlimi təşkil edəcək
Bakı, 8 iyun, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakı Limanı ilə əməkdaşlıq çərçivəsində “Avtoyükləyici operator” təliminə ərizə qəbulunu elan edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təlim müddətində iştirakçılara avtoyükləyicinin quruluşu, mexanizmləri, sistem və aqreqatlarının iş prinsipləri öyrədiləcək.
Təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Bakı Limanında təşkil ediləcək. İştirak etmək istəyənlərin minimum B kateqoriyası sürücülük vəsiqəsi olmalıdır. Yeddi gün davam edəcək təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat veriləcək.