SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
Martın 10-da Yaponiya Baş nazirinin iqamətgahında ikitərəfli sənədlərin imzalanma mərasimi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və əməkdaşlığın gələcək inkişafı haqqında birgə Bəyannamə” imzaladılar.
Sonra Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe “Azərbaycan Respublikasının Hökuməti və Yaponiya Hökuməti arasında texniki əməkdaşlıq haqqında saziş”i, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və səfir Tadahiro Abe “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yaponiya Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq proqramı”nı imzaladılar.