SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
Dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Prezident sarayında sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko Birgə bəyannamə imzaladılar.
Azərbaycan Dövlət Neft Şirkəti ilə “Naftoqaz Ukrainı” şirkəti arasında uzunmüddətli əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Ukrayna tərəfindən “Naftoqaz Ukrainı” şirkəti idarə heyətinin başçısı Vladimir Şeludçenko imzaladılar.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ukrayna Aqrar Siyasət Nazirliyi arasında bitki sortlarının dövlət sınaqları və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən kənd təsərrüfatı naziri İsmət Abasov, Ukrayna tərəfindən aqrar siyasət naziri Yuri Melnik imzaladılar.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Ukrayna Dövlət Nüvə Tənzimləməsi Komitəsi arasında radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ukrayna tərəfindən Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski imzaladılar.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ukrayna Xarici İşlər Nazirliyi arasında diplomatik kadrların hazırlanması haqqında sazişi Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Ukrayna tərəfindən xarici işlər naziri Boris Tarasyuk imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Ukrayna tərəfindən xarici işlər naziri Boris Tarasyuk imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında beynəlxalq qarışıq yük daşımaları haqqında sazişi Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Ukrayna tərəfindən nəqliyyat və rabitə naziri Nikolay Rudkovski imzaladılar.