SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
Əvvəlcə prezidentlər İlham Əliyev və Emoməli Rəhmonov Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi haqqında sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistanın xarici işlər naziri Xamroxon Zarupov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Tacikistan Respublikası İnvestisiyalar və Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsinin sədri Şərif Raximov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Qulomjon Boboyev imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında beynəlxalq avtomobil əlaqələri sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Abdulraxim Aşurov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Tacikistanın mədəniyyət naziri Mirzoşoxrux Asrorov imzaladılar.
Tacikistan Respublikasının hökuməti ilə Azərbaycan Respublikasının hökuməti arasında gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Tacikistan hökuməti yanında Gömrük Xidmətinin sədri Qurez Zaripov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Tacikistan hökuməti yanında Gənclərin İşi, İdman və Turizm Komitəsinin sədri Davlatali Saidov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikasiya və akkreditasiya sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov və Tacikistan hökuməti yanında Standartlaşdırma, Metrologiya, Sertifikasiya və Ticarət Müfəttişliyi Agentliyinin direktoru Davlatali Hotəmov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında dəmir yol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Roxu Oxanu Tacikistan” Dövlət unitar müəssisəsinin sədri Emoməli Xokimov imzaladılar.
Azərbaycan Respublikasının hökuməti ilə Tacikistan Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında sazişi “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və “Tacikeyr” Dövlət unitar aviasiya müəssisəsinin baş direktoru Xakimşo Tulloyev imzaladılar.
X X X
İmzalanma mərasimindən sonra dövlət başçılarının birgə mətbuat konfransı keçirilmişdir.