RƏSMİ XRONİKA
SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, mayın 5-də Zuğulba dövlət iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın geniş tərkibdə görüşündən sonra dövlət başçılarının iştirakı ilə Azərbaycan-İordaniya sənədlərinin imzalanma mərasimi olmuşdur.
“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya”nı, “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İordaniyanın ticarət və sənaye naziri Əmir Hadidi imzaladılar.
######