RƏSMİ XRONİKA
SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
![SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ](/files/2008/2/1200x630/148645552565440789_1200x630.jpg)
![](/media/newsimages/2008/May/file1211470882879.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsini və “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə”ni imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında informatizasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Ukraynanın nəqliyyat və rabitə naziri İosif Vinski imzaladılar.
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Ukraynanın Ailə, Gənclər və İdman Məsələləri Nazirliyi arasında gənclər siyasəti və idman sahəsində 2008-2009-cu illər üçün əməkdaşlıq proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın ailə, gənclər və idman məsələləri naziri Yuri Pavlenko imzaladılar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Ukraynanın Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında protokol”u Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukraynanın mədəniyyət və turizm naziri Vasili Vovkun imzaladılar.
“Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyası arasında qarşılıqlı anlaşma memorandumu”nu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov və Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyasının sədri Anatoli Balyuk imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Ukrayna Dövlət Qulluğu İdarəsinin rəisi Timofey Motrenko imzaladılar.
######
![]() |
![]() |
![]() |