SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
Afina, 16 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, geniş tərkibdə görüşdən sonra Prezidentlər İlham Əliyevin və Karolos Papulyasın iştirakı ilə Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiyanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın iqtisadiyyat və maliyyə nazirinin müavini Adtonis Bezas imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında hava əlaqələri haqqında sazişi “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və Yunanıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Mixail Bekiris imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Yunanıstanın nəqliyyat və kommunikasiya nazirinin müavini Mixail Bekiris imzaladılar.
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikasının İnkişaf Nazirliyi arasında bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində anlaşma memorandumunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Yunanıstanın inkişaf naziri Kostis Hatzidakis imzaladılar.
######
