SƏNƏDLƏRİN İMZALANMASI
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, ticari və texniki əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Heydər Babayev və BƏƏ tərəfindən iqtisadiyyat və planlaşdırma naziri xanım şeyxa Lubna Al Qasimi imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında İkiqat vergiqoymanın aradan qaldırılması haqqında hökumətlərarası konvensiyanı Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və BƏƏ tərəfindən kabinet işləri üzrə dövlət naziri Məhəmməd Abdulla Al Qərqavi imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında İnvestisiyaların təşviq edilməsi və qarşılıqlı qorunması haqqında hökumətlərarası sazişi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Heydər Babayev və BƏƏ tərəfindən kabinet işləri üzrə dövlət naziri Məhəmməd Abdulla Al Qərqavi imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və BƏƏ tərəfindən səhiyyə naziri Fomeid Məhəmməd əl-Kitami imzaladılar.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən ədliyyə naziri Fikrət Məmmədov və BƏƏ tərəfindən ədliyyə naziri Məhəmməd Nahir əl Zahiri imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Cinayət işlərində qarşılıqlı hüquqi yardım üzrə hökumətlərarası sazişi Azərbaycan tərəfindən ədliyyə naziri Fikrət Məmmədov və BƏƏ tərəfindən ədliyyə naziri Məhəmməd Nahir əl Zahiri imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Ekstradisiya haqqında müqaviləni Azərbaycan tərəfindən ədliyyə naziri Fikrət Məmmədov və BƏƏ tərəfindən ədliyyə naziri Məhəmməd Nahir əl-Zahiri imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Mülki və ticari işlər üzrə hüquq və məhkəmə sahələrində əməkdaşlıq haqqında hökumətlərarası sazişi Azərbaycan tərəfindən ədliyyə naziri Fikrət Məmmədov və BƏƏ tərəfindən ədliyyə naziri Məhəmməd Nahir əl-Zahiri imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərbi əməkdaşlığa dair hökumətlərarası sazişi Azərbaycan tərəfindən müdafiə naziri general-polkovnik Səfər Əbiyev və BƏƏ tərəfindən baş qərargah rəisinin müavini Məhəmməd Hilal bin Sürur əl-Kəbi imzaladılar.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Təhsil sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və BƏƏ tərəfindən təhsil naziri Hənif Həsən imzaladılar.
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Olimpiya Komitəsi arasında Anlaşma memorandumunu Azərbaycan tərəfindən Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev və BƏƏ tərəfindən Milli Olimpiya Komitəsinin baş direktoru İbrahim Əbdülməlik imzaladılar.