SƏNƏDLƏRİN İMZALANMASI
AZƏRTAC xəbər veirir ki, mayın 2-də Prezident sarayında, Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur.Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar.
Azərbaycan Milli Elmlər Akademiyasının və Belarus Respublikası Milli Elmlər Akademiyasının 2007-2010-cu illər üçün əməkdaşlıq proqramını Azərbaycan tərəfdən Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Belarus tərəfdən Milli Elmlər Akademiyası Rəyasət heyətinin sədri Mixail Myasnikoviç imzaladılar.
Azərbaycan Respublikasının Milli Bankı və Belarus Respublikasının Milli Bankı arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov, Belarus tərəfdən
Milli Bankın İdarə heyətinin sədri Pyotr Prokopoviç imzaladılar.
Milli Bankın İdarə heyətinin sədri Pyotr Prokopoviç imzaladılar.Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Prezidentin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi və Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Belarus Respublikasının Dövlət Standartlaşdırma Komitəsi arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru Ramiz Həsənov, Belarus tərəfdən xarici işlər naziri Sergey Martınov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri İsmət Abasov, Belarus tərəfdən kənd təsərrüfatı və ərzaq naziri Leonid Rusak imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri İsmət Abasov, Belarus tərəfdən kənd təsərrüfatı və ərzaq naziri Leonid Rusak imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında məxfi məlumatların qarşılıqlı qorunması haqqında sazişi Azərbaycan tərəfdən milli təhlükəsizlik naziri Eldar Mahmudov, Belarus tərəfdən Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini Nikolay Svorob imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti işləyən Belarus Respublikası vətəndaşlarının və Belarus Respublikasının ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında sazişi Azərbaycan tərəfdən daxili işlər naziri Ramil Usubov, Belarus tərəfdən daxili işlər naziri Vladimir Naumov imzaladılar.