SƏNƏDLƏRİN İMZALANMASI
Avqustun 21-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın geniş tərkibdə görüşündən sonra Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Birgə Bəyanatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad imzaladılar.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və İran İslam Respublikasının Yol və Nəqliyyat Nazirliyi arasında “Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutunun açılması haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, İran tərəfdən xarici işlər naziri Məniçehr Mottəki imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan)-Culfa (İran) avtomobil körpüsünün inşa edilməsi haqqında memorandumu Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, İran tərəfdən xarici işlər naziri Məniçehr Mottəki imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisinə dair anlaşma memorandumunu Azərbaycan tərəfdən sənaye və energetika naziri Natiq Əliyev, İran tərəfdən energetika nazirinin müavini Musa Zərgər imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd keçid məntəqələrinə beynəlxalq status verilməsi haqqında memorandumu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən xarici işlər naziri Məniçehr Mottəki imzaladılar.