SƏNƏDLƏRİN İMZALANMASI
![]() |
![]() |
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Prezident sarayında, Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti Stepan Mesiçin geniş tərkibdə görüşündən sonra dövlət başçılarının iştirakı ilə Azərbaycan-Xorvatiya sənədlərinin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında Birgə Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti Stepan Mesiç imzaladılar.
Azərbaycanın Ticarət və Sənaye Palatası və Xorvatiyanın İqtisadiyyat Palatası arasında sazişi Azərbaycan tərəfdən Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, Xorvatiya tərəfdən İqtisadiyyat Palatasının prezidenti Nadan Vidoşeviç imzaladılar.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiya ilə Xorvatiya Respublikası Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev, Xorvatiya tərəfdən Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin dövlət katibi Zeljko Kuperşak imzaladılar.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Xorvatiya Respublikasının İqtisadiyyat, Əmək və Sahibkarlıq Nazirliyi arasında əməkdaşlıq haqqında memorandumu, habelə Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Xorvatiya tərəfdən Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin dövlət katibi Zeljko Kuperşak imzaladılar.

