SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
İlk olaraq, prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə imzaladılar.
“Azərbaycan hökuməti ilə Qazaxıstan hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında” sazişi Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Qazaxıstanın müdafiə naziri Muxtar Altınbayev, “Azərbaycan hökuməti ilə Qazaxıstan hökuməti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında” sazişi Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev və Qazaxıstanın xarici işlər naziri Qasımcomərd Tokayev, “Azərbaycan hökuməti ilə Qazaxıstan hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında” sazişi Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev və Qazaxıstanın təhsil və elm naziri Caksıbek Kulekeyev, “Bakı Şəhər İcra Hakimiyyəti ilə Astana Şəhərinin Akimiyyəti arasında elmi-texniki, ticarət və iqtisadi əməkdaşlıq haqqında” sazişi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Astana Şəhər Akiminin birinci müavini Sanzubay Yesimov, “Azərbaycan hökuməti ilə Qazaxıstan hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında” proqramı Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu və Qazaxıstanın mədəniyyət naziri Düsen Kaseinov, “Azərbaycanın və Qazaxıstanın hava yolları şirkətləri arasında əməkdaşlıq haqqında” müqaviləni isə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin sədri Cahangir Əsgərov və “Qazaxıstan Hava Yolları” Dövlət Konserninin direktor müavini Almatbek Manboyev imzaladılar.